Məşhur aktyor vəfat etdi - FOTO

13 Fevral 2024 00:01

Sovet və rus aktyoru Oleq Arlaxov 75 yaşında vəfat edib.

Milli.Az qafqazinfo.az-a istinadən xəbər verir ki, bu barədə Nijni Novqorod Gənclər Teatrının mətbuat xidməti məlumat yayıb.

Ötən gün dünyasını dəyişən aktyorun ölüm səbəbi açıqlanmayıb.

O, "Balaca donqarlı at"da İvan, "Buratinonun sərgüzəştləri"ndə pişik Bazilio, "Zoluşka" və "Qar kraliçası" filmlərində kral, "Kapitanın qızı"nda Saveliç, "Qırmızı dərililərin lideri" filmində Bill rollarını oynayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun