Rusiya cəbhədə “Starlink”dən istifadə edir?

13 Fevral 2024 00:33

Amerikalı milyarder İlon Mask rus hərbçilərin cəbhədə "Starlink"dən istifadə etməsi ilə bağlı məlumatı şərh edib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında yazıb.

Mask "SpaceX"in bu terminalları Rusiyaya satmadığını söyləyərək, xəbərləri təkzib edib:

"Bir sıra yalan xəbərlər "SpaceX"in Rusiyaya "Starlink" terminallarını satdığını iddia edir. Bu, qəti şəkildə həqiqətə uyğun deyil. Heç bir "Starlink" Rusiyaya birbaşa və ya dolayı yolla satılmayıb".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun