ABŞ Dövlət Departamenti: Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyirik

12 Fevral 2024 22:46

ABŞ Azərbaycan və Ermənistan arasında davamlı dialoqu dəstəkləyir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib.

"Biz açıq şəkildə bu məsələ ilə bağlı davamlı dialoqu dəstəkləyirik. İnanırıq ki, bu, davamlı nizamlanmaya nail olmaq üçün ən yaxşı yoldur və biz bununla bağlı səyləri davam etdirəcəyik", - Miller bildirib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun