Azərbaycanda AĞIR QƏZA - 7 yaralı var - FOTO

12 Fevral 2024 19:44

Yevlaxda ikisi azyaşlı olmaqla, 7 nəfərin xəsarət alması ilə nəticələnən qəza baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qoyunbinəsi kəndində qeydə alınıb.

İki "Mercedes Benz" minik avtomobili toqquşub. Nəticədə, hər iki avtomobildə olan sərnişinlər və sürücülər xəsarət alıblar.

Xəsarət alan şəxslər - 1978-ci il təvəllüdlü Qənbərov Çingiz, 1953-cü il təvəllüdlü Məmmədova Rahilə, 1987-ci il təvəllüdlü Səfərova Nərmin, 1988-ci il təvəllüdlü Qurban Rəhimov, 2015-ci il təvəllüdlü Ə.Rəhimli, 2013-cü il təvəllüdlü N.Rəhimzadə və hələlik şəxsiyyəti məlum olmayan bir nəfər Yevlax Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun