Vilayət Eyvazov onu Xankəndiyə polis rəisi təyin etdi - FOTO

12 Fevral 2024 18:44

Xankəndi şəhərinə polis rəisi təyin edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, bu vəzifəyə polis polkovniki Zaur Nəsirov gətirilib.

O, Xankəndi şəhər Polis Şöbəsinə rəis təyin olunmazdan əvvəl, eyni vəzifəni Göygöldə daşıyıb.

DİN-in mətbuat xidmətindən məlumat təsdiq edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun