Filarmoniyada Rimski-Korsakovun 180 illiyinə həsr olunmuş konsert keçirildi - FOTO

12 Fevral 2024 18:10

M.Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasının səhnəsində dahi rus bəstəkarı Nikolay Andreyeviç Rimski-Korsakovun 180 illiyinə həsr olunmuş konsert keçirilib.

Dirijor Azərbaycan Respublikasının Xalq artisti Yalçın Adıgözəlovun rəhbərliyi, Ü.Hacıbəyli adına Azarbaycan Dövlət Simfonik Orkestrinin (bədii rəhbər və baş dirijor Azərbaycan Respublikasının Əməkdar artisti Fuad İbrahimov) müşayiəti ilə solistlər - Respublika və beynəlxalq müsabiqələr laureatları Fatimə Cəfərzadə (soprano) və Mahir Tağızadə (bariton) öz ifalarını dinləyicilərə təqdim edib.

Konsertdə bəstəkarın əsərləri "Şəhrizad" simfonik Süitası op.35, "Mlada" opera-baletindən Yürüş, "Çar gəlini" operasından Marfa və Qryaznoyun ariyası, "İspan kapriççiosu" op.34 səslənib.

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az