Azərbaycan və Türkiyə Rusiyaya 20 milyona yaxın yumurta ixrac edib

12 Fevral 2024 17:56

Fevralın 12-nə qədər Azərbaycan və Türkiyədən Rusiyaya 20 milyona yaxın yumurta ixrac edilib.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") məlumat yayıb.

Bildirilib ki, fevralın 5-dən 12-dək Rusiyaya sonrakı satış üçün "Yaraq-Qazmalar" keçid məntəqəsi vasitəsilə Azərbaycandan 2,4 milyon, Türkiyədən isə 4,1 milyon ədəd ərzaq yumurtasının növbəti partiyası daxil olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun