Trend BİA-nın dəstəyi ilə könüllülər təşviqat dövründə 200-dən çox multimedia məhsulu hazırlayıb - FOTO

12 Fevral 2024 17:39

Trend Beynəlxalq İnformasiya Agentliyinin dəstəyi ilə prezident seçkiləri ərəfəsində təbliğat-təşviqat proseslərinə cəlb edilmiş könüllülər yanvarın 15-dən fevralın 6-dək 200-dən çox multimedia məhsulu hazırlayıb.

Milli.Az bildirir ki, gənclərin hazırladığı videoreportajlar Trend BİA-nın "YouTube", "Instagram", "Telegram" və "Facebook" səhifələrində yayımlanıb.

Prosesdə daha fəal iştirak etmiş bir qrup gənc könüllüyə Trend BİA adından təşəkkürnamələr təqdim edilib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun