UGAAA “Burns Night” tədbiri keçirəcəkdir

12 Fevral 2024 16:38

Qlazqo Universiteti Azərbaycan Məzunları Assosiasiyası (UGAAA) 17 Fevral tarixində, saat 18:00 Şirvanşah Otelində "Burns Night" tədbiri keçirəcəkdir. Bu xüsusi gecə böyük şotland şairi Robert Burnsün xatirəsinə həsr olunmuşdur. Xəbəri Milli.az -a UGAAA prezidenti Fərid Nəsirli verib

Tədbir Böyük Britaniya səfirliyinin nümayəndələri, Böyük Britaniya məzunları və bir sıra təşkilatlardan qonaqların iştirakı ilə füsunkar bir təcrübə olacağını vəd edir. Qonaqlar şəbəkələşmək, eksklüziv açıq bufet şam yeməyi və Şotlandiya mədəniyyətini birlikdə təcrübə etmək üçün toplanacaq.

Gecə Robert Burnsün şeirləri və Azərbaycanın tanınmış şairlərinin əsərlərinin oxunuşu ilə davam edəcəkdir.

Qlazqo Universitetinin Azərbaycan Məzunları Assosiasiyası (UGAAA) 2023-cü ildə Qlazqo Universitetinin təsdiqi ilə yaradılıb. UGAAA qürurla universitetin görkəmli qlobal məzunlar birliklərindən biridir. Onun əsas missiyası Qlozqo Uviversiteti məzunları və Böyük Britaniya institutları ilə əlaqəli azərbaycanlı məzunlar arasında şəbəkələşməni inkişaf etdirməkdir.

Əlavə məlumat üçün

İnstagram UGAAA: @uofg_azerbaijan

[email protected]

+994552182273

İnformasiya dəstəyi -  Trend.Az, Day.Az, Milli.Az, Azernews.Az