İraqda əyləncə mərkəzində atraksion yerə çırpıldı - 16 nəfər yaralandı

13 Fevral 2024 07:02

İraqda əyləncə mərkəzində fırlanan yelləncək yerə çırpılıb. Nəticədə 14-ü uşaq olmaqla 16 nəfər yaralanıb.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bununla bağlı "İHA" məlumat yayıb.

"Xəyallar şəhəri" adlı əyləncə mərkəzindəki qəza ilə bağlı araşdırma başlanıb.

Lunapark qəza səbəbilə fəaliyyatini müvəqqəti olaraq dayandırıb.

Milli.Az