Rusiyada uşaqları daşıyan avtobus qəza törətdi - xeyli sayda yaralı var

12 Fevral 2024 15:03

Rusiyada sərnişin avtobusu qəzaya uğrayıb, 13-ü uşaq olmaqla 17 nəfər xəsarət alıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Məlumata əsasən, avtobusdakı məktəblilər Pskov şəhərinə gedirmişlər. Qəza zamanı avtobusun salonunda ümumilikdə 18 uşaq və onları müşayiət edən 3 böyüklə yanaşı, sürücü olub. Sürücü yük maşını ilə toqquşmadan yayınmağa çalışsa da, avtobus xəndəyə düşüb.

Hazırda hadisənin baş vermə səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun