Yuri Şafranik İlham Əliyevi təbrik edib

12 Fevral 2024 14:48

Rusiyanın Ali Dağ-Mədən Şurasının sədri Yuri Şafranik Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

Milli.Az president.az-a istinadən bildirir ki, təbrikdə deyilir:

"Hörmətli İlham Heydər oğlu.

Sizi növbədənkənar prezident seçkilərində inamlı qələbəniz münasibətilə ürəkdən təbrik edirəm.

Çox yüksək dövlət vəzifəsindəki fəaliyyətinizdə Sizə səmimi-qəlbdən yeni-yeni uğurlar, möhkəm cansağlığı, firavanlıq və tərəqqi arzulayıram.

Ümidvaram ki, Sizin Azərbaycan Respublikası Prezidenti vəzifəsində fəaliyyətiniz bundan sonra da Rusiya və Azərbaycan xalqları arasında uzunəsrlik dostluğun möhkəmlənməsinə töhfələr verəcəkdir".

Milli.Az