Qırğızıstanla Çin sərhədində bir neçə zəlzələ oldu

12 Fevral 2024 12:59

Qırğızıstan və Çin sərhədində bir neçə zəlzələ baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə məlumatı Qırğızıstanın Seysmologiya İnstitutu yayıb. 

Ümumilikdə dünən səhərdən bu gün səhərə qədər 4 zəlzələnin qeydə alındığı bildirilir. Bunlar arasında ən güclü yeraltı təkan 5,2 maqnitudalı olub. Dağıntı və tələfat barədə məlumat daxil olmayıb. 

Zəlzələlərin episentri Çin ərazisində yanvarın 23-ü 7 maqnitudalı güclü zəlzələnin baş verdiyi ərazidə yerləşib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun