Ani Gevorqyan azadlığa buraxıldı - FOTO

12 Fevral 2024 13:03

Ermənistan parlamentinin spikeri Alen Simonyanın qardaşının həyat yoldaşı Ani Gevorqyan azadlığa buraxılıb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Ermənistan Baş Prokurorluğu məlumat yayıb. Ani Gevorqyan və işlə saxlanılan Lili Mkryan girov müqabilində zaminə buraxılıblar.

Xatırladaq ki, 1 fevral tarixində Ani Gevorqyan saxlanılıb və onun saxlanılmasına səbəb kimi onun İqtisadiyyat Nazirliyinin elan etdiyi tenderlərdən birində "Synergy" şirkətinin əməkdaşı kimi iştirak etməsi göstərilib, işlə bağlı 7 nəfər saxlanılıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun