Filarmoniyanın yanvar ayında keçirilən abonement konsertləri

12 Fevral 2024 12:24

2022-ci ilin noyabr ayından etibarən, Mədəniyyət Nazirliyinin dəstəyi ilə Filarmoniya tərəfindən təşkil olunan abonement konsertlər yanvar ayında da davam edib.

Abonement konsertlər 2023-cü ilin noyabr ayından hər həftənin şənbə günləri saat 15:00-da M.Maqomayev adına Azəbaycan Dövlət Akademik Filarmoniyasının Kamera və Orqan Musiqisi Zalında təşkil olunub.

6 yanvar tarixində Azərbaycan Dövlət Fortepiano Triosunun XX əsrin musiqisindən ibarət konserti keçirilib. Solistlər Azərbaycan Respublikasının Əməkdar artistləri Töhfə Babayeva (violin) və Elnarə Kəbirlinskaya (piano) öz ifalarının dinləyicilərə təqdim ediblər.

Yanvarın 13-də Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət gənc istedadların iştirakı ilə "Köhnə yeni ilə" həsr olunmuş konsert təşkil olunub. Solistlər Respublika və beynəlxalq müsabiqələr laureatları Surə Rüfət, Məryam Baratzadə, Fərəh Əliyeva, Camal Əliyev, Xanım Quluzadə, Dəniz Resilova, Aydan Nuriyeva, Yasamən Umudova, Ayşən Umudova, Arzu Dadaşova, Aylin Dadaşlı, Asiya Oruclu, Səyyarə Tagiyeva, İnci Abdullayeva, Banu Qasımova, Gülay Abdullazadə, Fatimə Mirməmmədli, Zümrüd Məmmədova, Nuray Həsənli, Süleyman Ramadanov, Aysel Rəhimli, Xədicə Əhmədova, Fidan Poladzadə, Ayan Əsgərova, Fatimə Hüseynzadə və Nailə Növrəsli öz ifalarını musiqisevərlərə təqdim ediblər.

27 yanvar tarixində F.Əmirov adına Əməkdar Kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının instrumental qrupuvv (musiqi rəhbəri - Mahir İbrahimov) Azərbaycan retro kino musiqisindən ibarət konserti keçirilib. Solistlər- Azərbaycan Respublikasının Əməkdar artisti

Almaz Orucova, Nurlan Əzizbəyli, Vəfa Orucova, Fərhad Allahverdiyev, Kamran Şəkərov, Nurlana Abdullayeva, Murad Rüstəmzadə və Taleh Yahyayev rəngarəng proqramla dinləyicilərin qarşısında çıxış ediblər.

Qeyd edək ki, konsertlərdə iştirak etmək istəyənlər biletləri şəhərimizin kassalarından və iticket.az saytından əldə edə bilərlər. Bir dəfə alınan abonement bileti ay ərzində təşkil olunan konsertlər üçün keçərlidir.