Qalmaqallı iş adamı biznesini bu ölkəyə daşıdı

12 Fevral 2024 12:07

İş adamı Şəmsi Səmədzadə Azərbaycanı tərk edib.

Milli.Az xəbər verir ki, İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, o, bir müddətdir Özbəkistana köçüb.

Hazırda onun Özbəkistanın paytaxtı Daşkənddə biznes fəaliyyəti ilə məşğul olduğu bildirilir.

Xatırladaq ki, Ş.Səmədzadə 2000-ci ildə ömürlük azadlıqdan məhrum edilmişdi. O, 2022-ci ildə isə əfv olunaraq azadlığa buraxılıb. İş adamı ötən il sosial şəbəkələrdə barəsində yayılan video ilə gündəmə gəlib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun