Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı cəza çəkir

12 Fevral 2024 19:17

2023-cü ilin sonunda Gürcüstan həbsxanalarında 101 Azərbaycan vətəndaşı olub.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin ötən ilin dekabr ayı üzrə hesabatında bildirilib. Qeyd olunub ki, həbsdə olan Azərbaycan vətəndaşlarından 11-ü qadın, 90-ı isə kişi olub.

Həbsdə olan Azərbaycan vətəndaşlarından biri həddi buluğa çatmayan oğlan olub.

Gürcüstanda həbsdə olan Azərbaycan vətəndaşlarından 17-nə qarşı ittiham irəli sürülüb, 84-ü barəsində isə hökm oxunub.

Ötən ilin dekabrında Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı isə 48 nəfər təşkil edib.

2023-cü ilin dekabrında Gürcüstan həbsxanalarında 57 İran, 28 Ermənistan, 31 Hindistan, 14 Misir, 121 Rusiya, 229 Türkiyə və 53 Ukrayna vətəndaşı olmaqla ümumilikdə 821 əcnəbi saxlanılıb.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun