"Fənərbağça" - "Qalatasaray" cəbhəsində ara qızışdı: Sərt ismarışlar - FOTOlar

12 Fevral 2024 13:17

Ötən gecə "Fənərbağça" evdə "Alanyaspor"la 2:2 hesablı heç-heçə edərək liderliyi "Qalatasaray"a verib və bu, iki klub arasında sərt müzakirələrə səbəb olub.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, "Qalatasaray"ın hakimi tənqid edən paylaşımına "Fənərbağça"nın cavabı gecikməyib.

"Kanaryalar" əzəli rəqibinə cavab verdiyi paylaşımı belədir:

"Kor hakimlər, gülməli penaltilər, qalmaqallı hakim qərarları və teatrlaşdırılmış matçlar haqqında ən yaxşı bilən kluba qeydimiz: "Hər kəs özündən bilir işi".

Son olaraq "Fənərbağça" qeyd edib ki, bunu haqqı olan qazanacaq. Manipulyasiya və yalan deyil:

""Fənərbağça" çempion olacaq!".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun