Xumar Qədimova ilk dəfə Şeyxdən danışdı

12 Fevral 2024 13:52

Əməkdar artist Xumar Qədimova ilk dəfə duet ortağı Şeyxlə bağlı açıqlama verib.

Milli.Az azxeber.com-a istinadən xəbər verir ki MTV Azərbaycanda "Balkanla gecə turu"na özəl müsahibəsində hər kəsin maraqla soruşduğu Şeyxdən danışıb.
 
Qədimova, Şeyxlə daha bir neçə işbirliyinə imza atacağını da açıqlayıb:
 
"Şeyxin kimliyi hələki gizli qalsın. İlk dəfədən demək olmaz. Şeyx sehirli səsini yenə də göstərəcək. Ondan sonra üzünü də görəcəksiniz. Mən sənətə aşiq adamam. Gəlin etiraf edə ki, Şeyxin səsi bu mahnının bəzəyidir, o başqa aləmdir. Hər kəsi ovsunlayıb".

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun