“Onun öldüyünü kim yazıbsa…” – Cavanşir Quliyevin dostu

12 Fevral 2024 11:07

"Cavanşir Quliyev ölməyib, yaşayır".

Milli.Az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyevin dostu, fizika-riyaziyyat elmləri doktoru, professor, "Xəzər" Universitetinin təsisçisi Hamlet İsaxanlı deyib.

Onun sözlərinə görə, bəstəkar əməliyyat olunacaq:
 
"Onun öldüyünü kim yazıbsa, böyük səhv edib. Hansı səbəbdən belə xəbəri yayıblar, bilmirəm. Az öncə özü ilə danışmışam, hər şey yaxşıdır. Əməliyyat olunacaq. Hazırda müalicə alır. Müalicəsi bitdikdəm sonra vətənə dönəcək".  

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun