Dünyanı "ələ keçirən" yeni texnologiya Bakıda bu qiymətə satışa çıxarıldı - VİDEO - FOTO

12 Fevral 2024 10:30

Son günlərin ən çox müzakirə olunan texnologiyası Bakıya gətirilib.

Milli.Az bildirir ki, dünyanın ən gəlirli şirkətlərindən olan "Apple"nin yeni texnologiyası olan "Vision Pro" Bakıda 9000 manata satışa çıxarılıb.

Qeyd edək ki, illər əvvəl "Simpsonlar" serialında da səhnələşdirilən texnologiya nümunəsi olan "Vision Pro" mobil telefonun ekranının birbaşa gözə proyeksiyasıdır. Bu texnologiya vasitəsi ilə eyni anda həm ətrafı görə, həm də film izləmək, oyun oynamaq mümkündür.

İsfəndiyar
Milli.Az