Növbəti “Rembo” kim ola bilər? Varis açıqlandı - FOTO

12 Fevral 2024 10:33

Məşhur aktyor Silvester Stallone Cimmi Fallonun "Bu gecə şousu"nda" iştirak edib.

Milli.Az oxu.az-a istinadən bildirir ki, aparıcı ilə söhbət zamanı o bəyan edib ki, Rembo rolunun növbəti ifaçısı Rayan Qoslinq olmalıdır.

"Mən ona mütləq "hə" deyərdim, amma bilmirəm, bəlkə kimsə "O, Rembo olmaq üçün çox yaraşıqlıdır!" sözləri ilə mənə etiraz edəcək.

Qeyd edək ki, "Rembo: İlk Qan" filminin premyerası hələ 1982-ci ildə baş tutub. Film David Morrelin eyniadlı romanı əsasında çəkilib. Əsərin baş qəhrəmanı Vyetnam müharibəsi veteranı Con Rembodur.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun