Netanyahu Fələstinlə sülhün nə zaman baş tutacağını açıqladı

12 Fevral 2024 10:00

"Fələstin və İsrail tezliklə sülh sazişi imzalaya bilməyəcək".

Milli.Az oxu.az-a istinadən bildirir ki, bunu İsrailin baş naziri Benyamin Netanyahu deyib.

"Mən həmişə demişəm ki, gələcək sülh sazişinə, hansına ki ümumi fikrə əsasən hələ çox var, fələstinlilərin özünüidarəetmə hüququ olmalıdır, lakin onların İsraili təhdid etmək imkanı olmamalıdır", - Netanyahu bildirib.

Onun sözlərinə görə, İsrail Qəzza zolağı da daxil olmaqla İordan çayından təhlükəsizlik sahəsinə nəzarət etməlidir.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun