Tanınmış teleaparıcı bu dövlət qurumunda yeni vəzifəyə getdi

12 Fevral 2024 09:31

"Xəzər" televiziyasının tanınmış aparıcısına yeni vəzifə verilib.

Milli.Az xəbər verir ki, manset.az-ın əldə etdiyi məlumata görə, televiziyanın xəbərlər xidmətinin aparıcısı Azər Teymurlu müvafiq əmrlə Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin ictimaiyyətlə əlaqələr sektorunda məsləhətçi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Azər Teymurlu "Xəzər" televiziyasında şef redaktor vəzifəsində çalışıb. O, bir sıra önəmli layihələrin - "Aktual qonaq", "Yaşıl ekran" verilişlərinin və xəbərlər xidmətinin aparıcısı olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun