Kaliforniya məhkəməsi Maskdan ifadə verməyi tələb edir

12 Fevral 2024 08:39

ABŞ-nin Kaliforniya ştatının federal məhkəməsi İlon Maska Qiymətli Kağızlar və Birja Komissiyasının apardığı təhqiqat çərçivəsində "Twitter" sosial şəbəkəsini əldə etməsinin qanuniliyi ilə bağlı ifadə verməyi tələb edir.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ifadənin dəqiq tarixi və yeri bir həftə ərzində müəyyən edilməlidir.

Xatırladaq ki, 27 oktyabr 2022-ci ildə Mask "Twitter"i almaq üçün 44 milyard dollarlıq müqavilə bağlayıb. 2023-cü ilin oktyabrında ABŞ Qiymətli Kağızlar və Birjalar Komissiyası Maskı məhkəməyə verib və onu ifadə verməyə məcbur edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun