Məşhur aktyor faciəvi şəkildə öldü - FOTO

12 Fevral 2024 07:26

"Anjathe" filmində iştirak etdikdən sonra geniş populyarlıq qazanan hind aktyoru Şridhar 63 yaşında çəkilişlər zamanı vəfat edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aktyor son bir neçə gündür şiddətli öskürəkdən əziyyət çəkirmiş.

Çəkiliş zamanı Şridhar yenidən özünü pis hiss edib, bundan sonra o boğulmağa başlayıb. Nəticədə onu xilas etmək mümkün olmayıb.

Yeni filmdə Şridhar rejissor kimi çıxış edib - bu, onun debüt işi olmalı idi.
Hazırda onun ölümünün səbəbləri araşdırılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun