İsrail axtarışda olan 3 mindən çox yaraqlını saxlayıb

12 Fevral 2024 06:55

İsrail hərbçiləri İordan çayının qərb sahilində gecə reydləri zamanı terror fəaliyyətlərində iştirakda şübhəli bilinən 14 fələstinlini saxlayıb.

Milli.Az report.az-a istinadən xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələri və Baş Təhlükəsizlik Xidməti gecə saatlarında Beyt-Ömər kəndində 12 saatlıq əməliyyat keçirib, axtarışda olan 8 nəfər saxlanılıb və aşkar edilən partlayıcı maddələrin laboratoriyası məhv edilib.

Yəhudeya və Samariyada isə axtarışda olan altı şəxs saxlanılıb.

Qeyd edək ki, İsrail 2023-cü il oktyabrın 7-dən Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlar zamanı İordan çayının qərb sahilində 3060-a yaxın axtarışda olan yaraqlını saxlayıb.

Onlardan 1350-yə yaxını Qəzza zolağına rəhbərlik edən HƏMAS təşkilatı ilə əlaqədə şübhəli bilinir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun