Neftçalada 18 yaşlı gənc dəm qazından boğulub, öldü

11 Fevral 2024 23:32

Neftçalada dəm qazından boğulma hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, hadisə şəhərin M. Hadi küşəsində qeydə alınıb.

Belə ki, həmin ünvanda yaşayan 2006-cı il təvəllüdlü İsmayılova Səbinə Ramin qızı hamamda yuyunarkən dəm qazından zəhərlənib.

O, yaxınları tərəfindən Neftçala Rayon Mərkəzi Xəstəxanasına aparılarkən yolda keçinib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun