Paşinyan Azərbaycanla sülh müqaviləsi imzalamaq niyyətində olduğunu bəyan edib

11 Fevral 2024 22:47

Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri razılaşdırılıb.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin prinsipləri razılaşdırılıb. İrəvanın bu sənədi imzalamaq üçün siyasi iradəsi var", - deyə Paşinyan bildirib.

Qeyd edək ki, Azərbaycan və Ermənistan arasında sülh müqaviləsi üzrə danışıqlar birbaşa görüşlər yolu ilə aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun