Azərbaycanlı qız ABŞ-da pilot oldu - FOTO

11 Fevral 2024 23:05

ABŞ-nin Florida əyalətinin Epik Flight Akademiyasının azərbaycanlı tələbəsi, 21 yaşlı Əsmər Nuriyeva bu ölkədə pilot kimi çalışacaq.

Milli.Az oxu.az-a istinadla xəbər verir ki, Əsmər Nuriyeva bu işə qəbul üçün çətin imtahanları geridə qoyaraq ABŞ-ın ən böyük hava yolları şirkətlərindən biri olan "United Airline"a birinci kapitan pilot olaraq qəbul olunub.

Qeyd edək ki, Əsmər Nuriyeva Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndindəndir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun