Qubada avtomobil ağaca çırpıldı: 5 nəfər yaralandı

11 Fevral 2024 19:27

Quba-Xaçmaz yolunun Quba rayonunun Barlı kəndi ərazisindən keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, "Lada Priora" markalı minik avtomobili yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan 5 nəfər ağır xəsarətlər alıb. Yaralılar Quba rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun