Küveyt Dövlətinin Əmiri və Baş naziri İlham Əliyevi təbrik ediblər - FOTO

11 Fevral 2024 18:03

Küveyt Dövlətinin Əmiri Əlahəzrət Şeyx Məşəl əl-Əhməd əl-Cabir əs-Sabah Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi növbədənkənar prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Küveyt Xəbər Agentliyi (KUNA) məlumat yayıb.

Məlumatda bildirilib ki, Küveyt Əmiri Prezident İlham Əliyevə cansağlığı, Azərbaycana və onun dost xalqına sürətli inkişaf və çiçəklənmə arzulayıb.

KUNA-nın digər bir xəbərinə görə, Küveyt Dövlətinin Baş naziri Əlahəzrət Şeyx Məhəmməd Sabah əl-Salim əl-Sabah da dövlətimizin başçısını seçkilərdə qələbəsi münasibətilə təbrik edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun