Netanyahudan “HAMAS-la silahlı münaqişə barədə MÜHÜM AÇIQLAMA

11 Fevral 2024 18:11

İsrailin baş naziri Benyamin Netanyahu Qəzza zolağında yerləşən Rəfah şəhərinin Fələstin HAMAS hərəkatının son qalası olduğunu və İsrail əsgərlərinin bu şəhəri almağa hazırlaşdığını bildirib.

Milli.Az olke-a istinadən bildirir ki, bu barədə İsrailin Baş naziri ABC televiziyasına müsahibəsində bildirib.

"Biz bunu edəcəyik. Biz HAMAS-ın terrorçu batalyonlarını sonuncu qalaları olan Rəfahdan vurub çıxaracağıq və oranı alacağıq.", - Netanyahu bildirib.

Bundan əlavə, o qeyd edib ki, İsrailin HAMAS-la silahlı münaqişədə qələbəsi artıq yaxındır.

Qeyd edək ki, bundan əvvəl Netanyahu bəyan etmişdi ki, beynəlxalq ictimaiyyətin təzyiqi səbəbindən Rəfah şəhərində HAMAS hərəkatının məhv edilməsi əməliyyatı martın 10-dək başa çatdırılmalıdır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun