Pakistanda parlament seçkilərinin ilkin nəticələri açıqlandı

11 Fevral 2024 17:16

Pakistanın Seçki Komissiyası bazar günü Milli Assambleyaya (parlamentin aşağı palatası) seçkilərin ilkin nəticələrini açıqlayıb.

Milli.Az olke.az-a istinadən xəbər verir ki, komissiyanın məlumatına görə, müstəqil namizədlər 101 yer qazanıblar.

Keçmiş baş nazir Nəvaz Şərifin Pakistan Müsəlman Liqası (Nəvaz fraksiyası) isə parlamentdə 75 yer alıb.
Daha iki mandatın taleyi hələlik bəlli deyil.