Bu ölkənin paytaxtı su altında qala bilər

11 Fevral 2024 16:47

Tez-tez baş verən daşqınlar və qlobal iqlim dəyişikliyinin təsirləri səbəbindən Konqo Demokratik Respublikasının (KDR) paytaxtı Kinşasanın su altında qalmaq təhlükəsi yaranıb.

Milli.Az report-a istinadən xəbər verir ki, bu fikri konqolu senator Didye Mumenqi deyib.

Onun sözlərinə görə, Konqo çayının daşqınları artıq 1961-ci ildə kritik həddə çatmışdı:

"Vəhşi urbanizasiya və iqlim balanssızlığı nəticəsində paytaxt ilk dəfə demək olar ki, tamamilə su altında qalmışdı. Sonra oxşar daşqınlar 10 ildə bir dəfə baş verməyə başladı. Ancaq 2019-cu ildən sonra interval qısalıb - növbəti fövqəladə vəziyyət 2023-cü ildə, yəni beş ildən az müddətdə baş verdi. Daşqınların tez-tez baş verməsi təhlükəsi var və bu, Kinşasa yox olanda bizi apokaliptik vəziyyətə gətirib çıxaracaq".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun