İranda “Bəsic”in 2 üzvü öldürüldü

11 Fevral 2024 16:19

Bu gün səhər saatlarında İranın Sistan və Bəlucistan nəyalətinin Zahidan şəhərində SEPAH-a bağlı yarımhərbi "Bəsic" üzvləri Məhəmməd Ənvər Qumşadzehi və Əbdülhüseyn Bəluc güllələnərək öldürülüb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə İran mediası məlumat yayıb.

Bildirilib ki, "Bəsic" üzvləri Zahidan-Bam dəmir yolundakı mühafizə postunda naməlum silahlıların hücumu nəticəsində ölüblər.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun