Keçmiş baş naziri öz istəyi ilə öldü

11 Fevral 2024 15:44

Niderlandın sabiq baş naziri 93 yaşlı Dris Van Aqt və 70 illik həyat yoldaşı Yevgeniya Aqt evtanaziya (Ağır, sağalmaz xəstəliyə yoluxanların öz istəkləri ilə həyatına son qoyulması - red.) yolu ilə həyatlarına son qoyub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bu barədə "Qardian" qəzeti məlumat verib.

Qeyd edək ki, Niderland Xristian Demokrat Partiyasının ilk sədri olan Van Aqt 1977-1982-ci illərdə ölkənin baş naziri olub.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun