“Mənə ərimin soyadıyla səslənin” - FOTO

11 Fevral 2024 14:55

Məşhur "Victoria's Secret" modeli Barbara Palvin ona yeni soyadı ilə səslənməyən fotoqrafa cavabı ilə diqqət çəkib.

Milli.Az olay-a istinadən xəbər verir ki, həyat yoldaşı ilə qala gecəsinə qatılan Barbaraya bir fotoqraf "Xanım Palvin" deyə müraciət edib. Məşhur model həmin fotoqrafa "Mənə "Xanım Spraus" deməlisiniz" cavabını verib.

Qeyd edək ki, Barbara Palvin ötən il Dilan Spraus ilə evlənib və həyat yoldaşının soyadını qəbul edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun