Bu ölkə Rusiya ilə sərhəddə 600 bunker tikmək istəyir

11 Fevral 2024 13:43

Estoniya, Rusiya prezidenti Vladimir Putinin amerikalı jurnalist Taker Karlsona müsahibəsində verdiyi açıqlamalara baxmayaraq, müdafiə xəttinin yaradılmasını davam etdirməyi planlaşdırır və bu xətt çərçivəsində Rusiya ilə sərhəddə 600 bunker tikmək niyyətindədir.

Milli.Az report-a istinadən xəbər verir ki, bu barədə DPA agentliyinə ölkənin müdafiə naziri Hanno Pevkur məlumat verib.

Onun sözlərinə görə, Estoniya V. Putinin müsahibəsində dediyi sözlərə görə planlarını dəyişməyəcək:

"İndi biz hazırlığımızı artırırıq. Bunu hamı etməlidir. Təkcə burada Estoniyada deyil, hər kəs bunu etməlidir. Sülh dövründə bunu rahat edə bilərik".

O əlavə edib ki, ölkəsi həmçinin sursat, silah və texnika alacaq.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun