Hava şəraiti ilə bağlı sürücülərə XƏBƏRDARLIQ

11 Fevral 2024 13:31

Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Milli.Az-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Fevralın 12-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun