Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi İlham Əliyevi təbrik edib

11 Fevral 2024 11:32

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi seçkilərdə qazandığı inamlı qələbə münasibətilə təbrik edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Səudiyyə Ərəbistanının SPA agentliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud dövlətimizin başçısına səmimi təbriklərini çatdırıb, ona uğurlar, Azərbaycan xalqına isə davamlı inkişaf və rifah arzulayıb.

Milli.Az