"Bu, Bakıya 19-cu səfərim idi"

11 Fevral 2024 11:30

Rusiyanın Xalq artisti Alla Puqaçovanın həyat yoldaşı, şoumen Maksim Qalkinin ötən gün Bakıda konserti baş tutub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, şoumen gecədən görüntüləri sosial media hesabında paylaşaraq tamaşaçılara təşəkkür edib:

"Təşəkkür edirəm, sevimli Bakı! Təşəkkür edirəm, əziz izləyicilərim! Bu, 22 illik solo konsertim dövrümdə Azərbaycanın paytaxtına 19-cu səfərimdir. Hər səfərimdə ilk dəfəki qədər sevincli təəssüratlarım olur".

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun