Bakıda 85 yaşlı qadın faciəvi şəkildə öldü

11 Fevral 2024 11:23

Bakıda yaşlı qadın pilləkəndən yıxılaraq, ölüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, hadisə Sabunçu rayonu Bakıxanov qəsəbəsində baş verib. 85 yaşlı H. Adabəyova yaşadığı evdə pilləkənlərdən yıxılıb.

Xəsarət alan yaşlı qadın xəstəxanaya yerləşdirilsə də, həyatını xilas etmək mümkün olmayıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun