Xərçəng diaqnozu qoyulan III Çarlz xalqa müraciət etdi

11 Fevral 2024 11:18

Xərçəng diaqnozu qoyulan Böyük Britaniya Kralı III Çarlz xalqa müraciət və təşəkkür edib.

Milli.Az axar.az-a istinadən bildirir ki, o, xoş sözlərin xərçəngə tutulanlar üçün təsəlli olduğunu bildirib.

Kral deyib ki, ona qoyulmuş diaqnoz Böyük Britaniya və dünyada xərçəng xəstələrinə dəstək olan təşkilatların işini gündəmə gətirib.

Qeyd edək ki, bir qədər əvvəl III Çarlzın dəfninə hazırlıq görüldüyü barədə məlumat yayılmışdı.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun