İnzaqi istefaya göndərilir

11 Fevral 2024 11:13

İtaliya A seriyasında çıxış edən "Salernitana"nın baş məşqçisi Filippo İnzaqi klubdan ayrıla bilər.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə idman jurnalist Nikolo Skira məlumat yayıb.

O iddia edib ki, klub rəhbərliyi 50 yaşlı italiyalı ilə yollarını ayırmaq qərarına gəlib.

Qeyd edək ki, Filippo İnzaqinin rəhbərlik etdiyi "Salernitana" 13 xalla A seriyasında sonuncu pillədə qərarlaşıb.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun