2024-cü ilin yanvar ayında Türkiyənin dünya bazarlarına sement ixracı 2023-ci ilin eyni ayı ilə müqayisədə 9,7 faiz azalaraq, 325,3 min dollara bərabər olub.
Milli.Az bildirir ki, bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Nazirlikdən onu da bildiriblər ki, son 12 ay ərzində (yanvar 2024 - yanvar 2023) Türkiyə 4,6 milyon dollar məbləğində sement ixrac edib.
2023-cü ilin yanvar-dekabr aylarında Türkiyənin sement ixracı 2022-ci ilin eyni dövrü ilə müqayisədə 15,5 faiz azalaraq, 4,6 milyon dollara bərabər olub.
"Keçən ilin dekabr ayında Türkiyə 353 min dollar məbləğində sement ixrac edib ki, bu da 2022-ci ilin dekabr ayı ilə müqayisədə 19,7 faiz azdır",- deyə nazirlikdən bildirilib.
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun