Putini eşitsələr, heç olmasa düşünəcəklər...

11 Fevral 2024 10:02

Rusiya prezidenti Vladimir Putinin jurnalist Taker Karlsona müsahibəsi ABŞ hakimiyyətinə deyil, Qərbin geniş auditoriyasına ünvanlanıb.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Bizim üçün əsas odur ki, prezidentimizin səsi eşidilsin. Əgər o, eşidilsə, bu o deməkdir ki, daha çox insan onun haqlı olub-olmadığını düşünəcək. Ən azı düşünəcəklər", - Putinin mətbuat katibi qeyd edib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun