Amazon ucuz malları gizlədir?

11 Fevral 2024 09:49

Dünyanın ən böyük onlayn ticarət platforması olan Amazon, ABŞ İstehlakçıların Hüquqlarının Müdafiəsi Aktının pozulması ilə bağlı məhkəmə iddiası ilə üzləşib.

Kollektiv iddiaya görə, "Amazon" internet mağazası daha ucuz qiymətə mal almaq imkanını istifadəçilərdən bilərəkdən gizlədib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Reuters məlumat yayıb.

"Amazon"un Buy Box tövsiyə alqoritmi Sietl federal məhkəməsinə verilən şikayətə əsasən tez çatdırılma ilə ucuz alış-veriş variantlarını gizlədir.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun