Türkiyədə SİLKƏLƏNDİ

11 Fevral 2024 09:34

Türkiyənin Hakkari vilayətində 4,4 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, yeraltı təkanların episentri Yüksekova rayonunda olub. Zəlzələnin ocağı 5,74 km dərinlikdə yerləşib.

Zərər çəkənlər və dağıntılar barədə məlumat verilməyib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun