Bakıda 38 yaşlı kişi yol-nəqliyyat hadisəsində xəsarət alıb

11 Fevral 2024 08:45

Bakının Xəzər rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az report.az-a istinadən xəbər verir ki, Mərdəkan qəsəbəsində avtomobil yolu keçən 1986-cı il təvəllüdlü Rəhimov Samir Məhəmməd oğlunu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun